Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Siyasət

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir”

“Müəyyən hadisələr var ki, onları tarixdən silə bilmərik”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi revanş almaq niyyətində deyil, lakin davamlı sülhün təmin olunması üçün hələ də addımlar atılmalı və təşəbbüslər irəli sürülməlidir.

“Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılardan üzr istəməlidir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Könül

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az