Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Siyasət

Onların Bakıya səfərinin PƏRDƏARXASI – Diqqətçəkən açıqlama

“Son illər müxtəlif səbəblərdən həm Hindistan, həm də Niderland ilə münasibətlərimiz o qədər də yaxşı olmayıb”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Müsahibimiz səbəblərə aydınlıq gətirib:

“Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Niderland parlamenti Azərbaycan əleyhinə onlarla qərəzli qətnamə qəbul edib, münasibətləri gərginləşdirib və qarşılıqlı etimadı zədələyib. Pakistanla dostluq münasibətlərimizə görə Hindistanla da müəyyən xoşagəlməz münasibətlər yaşanıb. Ötən il sentyabrın 1-də Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına konsensus vermədi, hindistanlı turistlərin Azərbaycana səfərlərinə məhdudiyyətlər tətbiq etdi və bir sıra digər addımlar atdı. Lakin bütün bunlar arxada qaldı və görünən odur ki, Azərbaycanın artan əhəmiyyətini və nüfuzunu nəzərə alan hər iki ölkə münasibətlərə yenidən baxmaq kimi müdrik və doğru qərar qəbul edib. Prezident İlham Əliyevlə Hindistanın baş naziri Narendra Modi arasında bu yaxınlarda Bişkekdə keçirilən təmaslar, həmçinin Kopenhagendə Niderlandın sabiq baş naziri Dik Sxofla görüşü hər iki ölkə ilə münasibətlərin normallaşmasında əsas rol oynadı. Xüsusilə diqqətçəkən məqam odur ki, kifayət qədər böyük siyasi, iqtisadi və hərbi potensiala malik olmalarına baxmayaraq, hər iki ölkə münasibətlərin normallaşdırılmasında təşəbbüskar kimi çıxış edərək xarici işlər nazirlərini Bakıya göndərdilər.

xVt0NA7pWqNFC5mVxVB89zBH1D4auoup1QW4IQiu_1200.jpg (154 KB)

Bu, Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Hər iki nazirin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul olunması da bu səfərlərə verilən əhəmiyyəti göstərir. Əminəm ki, bu görüşlər həm Hindistan, həm də Niderlandla münasibətlərimizdə yeni səhifə açacaq”.

WhatsApp Image 2026-10-26 at 17.47.10.jpeg (38 KB)

A.Quliyev bu gün qəbul edilən Azərbaycan və Niderland arasında 2026–2028-ci illər üzrə əməkdaşlığa dair “Yol xəritəsi”ni mühüm sənəd kimi dəyərləndirib:

“Əsas prioritetlər siyasət, diplomatiya, iqtisadiyyat, investisiya, enerji (həm də yaşıl), nəqliyyat, logistika, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasıdır. Prezident İlham Əliyev də Niderlandın xarici işlər nazirini qəbul edərkən bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarını xüsusi vurğulayıb. Məlum olduğu kimi, Niderland su ehtiyatlarının idarə olunması sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir. Azərbaycanın isə bu sahəni inkişaf etdirməyə ehtiyacı var. İqtisadi əlaqələrimiz, xüsusilə 2025-ci ildə ticarət dövriyyəmizin 325 milyon dollar olması mövcud potensialımıza mütənasib deyil. Hər iki ölkə üçün beynəlxalq nəqliyyat və logistika da xüsusi əhəmiyyət daşıyır. Qəbul edilmiş Yol xəritəsi imkan verəcək ki, dünyanın ən böyük limanlarından biri olan Rotterdam limanı ilə əməkdaşlığımızı daha da genişləndirək. Orta dəhlizin inkişafının genişlənməsi baxımından bu çox önəmlidir. Düşünürəm ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rotterdam bu istiqamətdə çox iş görə bilərlər. Digər mühüm istiqamət enerji, yaşıl enerji və təhsil sahəsi ola bilər. Bura eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq sahəsini və mina probleminin həllini də əlavə edə bilərik. Məlumdur ki, ölkəmiz Niderlandın qabaqcıl minatəmizləmə texnologiyalarından yararlanmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda rəqabətqabiliyyətli istehsal və sənaye müəssisələrinin yaradılmasında, eləcə də dünyanın ən qabaqcıl kənd təsərrüfatı təcrübələrindən istifadə etməkdə maraqlıdır. Düşünürəm ki, bütün bunlar gələcək əməkdaşlığımızın əsas prioritetləri sırasında olacaq”.

Nigar Həsənli

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az