Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

 

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi “Miami Vice ’85” filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” Nyu-York polisinin məlumatına istinadən xəbər yayıb.

Hadisə oktyabrın 23-də, yerli vaxtla saat 23:15 radələrində baş verib. Məlumata görə, çəkiliş meydançasında bir şəxslə 23 yaşlı Aleks Peres arasında mübahisə yaranıb. Mübahisə zamanı Peresin bıçaq çıxardığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayaraq bıçağı müsadirə ediblər. İnsident zamanı heç kimin xəsarət almadığı açıqlanıb. Şübhəli şəxsə qarşı hədə-qorxu və qanunsuz silah saxlama ilə bağlı ittihamlar irəli sürüləcəyi bildirilir.

Maykl B. Cordanın hadisə zamanı çəkiliş meydançasında olub-olmadığı məlum deyil. Ostin Batlerin də rol aldığı filmin 2028-ci ilin mayında nümayişi planlaşdırılır.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az