Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Rəsmi

Azərbaycan Prezidenti: “Münaqişələr başlayır, lakin onlara son qoyulmur”

“Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik”.

Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“İqtisadi göstəricilərimizi də qeyd etmək istəyirəm. Xarici borcumuz çox aşağıdır və bu, yəqin ki, dünyada ən aşağı göstəricilərdən biridir. Etibarlı enerji təchizatçısı kimi qlobal enerji bazarında oynadığımız rol, eləcə də, xüsusilə bağlantı və nəqliyyat məsələlərinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki dövrdə bu sahədəki mövqeyimiz mühüm əhəmiyyət daşıyır. Burada da xəritəyə nəzər salsanız, xüsusilə müasir infrastrukturu, investisiyaları nəzərə aldıqda, Azərbaycandan yan keçməyin çətin olduğunu görərsiniz. Çünki bağlantı və nəqliyyat sahəsində mühüm rol oynamaq üçün qonşularınızla, həmçinin qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır. Bizdə də məhz belə bir vəziyyət yaranıb. Beləliklə, iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm ənənələrimiz və mədəniyyətlərarası dialoqa sadiqliyimiz birlikdə bizim üçün sinerji yaradır və nikbin olmağımıza əsas verir. Bununla belə, biz proqnozlaşdırılması çətin olan bir dünyada yaşayırıq. Artıq qeyd etdiyim kimi, münaqişələr başlayır, lakin onlara son qoyulmur. Buna görə də potensial risklərə qarşı daim diqqətli olmalı və özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik”, – dövlət başçısı qeyd edib.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az