Çərşənbə, 28 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

ABŞ-da 67 milyon illik dinozavr skeleti 47 milyon dollara satıldı

 

ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda təxminən 67 milyon il yaşı olan dinozavr skeleti 47,3 milyon dollara satılıb.

Lent.az xəbər verir ki, ABC telekanalının məlumatına görə, “Codi” ləqəbli nanotirannus skeleti beynəlxalq “Sotheby’s” hərrac evində satışa çıxarılıb.

Hərracdan əvvəl mütəxəssislər qədim fosilin 6–9 milyon dollara satılacağını proqnozlaşdırırdılar. Lakin yekun satış qiyməti gözləntiləri bir neçə dəfə üstələyib.

“Sotheby’s” hərrac evi skeletin yeni sahibinin adının açıqlanmasını istəmədiyini bildirib.

Satışdan sonra “Codi” tarixdə ən yüksək qiymətə satılan ikinci dinozavr skeleti olub.

Qeyd edək ki, iyulun 15-də Nyu-Yorkda “Qus” ləqəbli tirannozavr fosili 50,1 milyon dollara satılıb.

 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az