Çərşənbə, 28 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

Dünyanın ən yaraşıqlı kişisi seçildi

Amerikalı aktyor, “Xəstəxana Pitt” serialının ulduzu Noa Uayli “People” jurnalının versiyasına görə dünyanın cazibədar və yaraşıqlı kişisi seçilib.

Lent.az xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib.

Aktyor dünyanın ən seksual kişisi seçildiyini öyrənəndə təəccübünü gizlədə bilməyib.

“Mən bunun hansısa zarafat olduğunu düşündüm. Həyatımda heç vaxt belə bir şərəfə layiq görüləcəyimi ağlıma gətirməzdim”, – deyə 55 yaşlı aktyor bildirib.

Noa Uayli nüfuzlu “Emmi” və “Qızıl Qlobus” mükafatlarının laureatıdır.

Qeyd edək ki, “İlin ən seksual kişisi” nominasiyası 1985-ci ildən təqdim olunur. Bu titulun ilk sahibi amerikalı aktyor Mel Gibson olub.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az