Çərşənbə, 28 Oktyabr 2026
Son dəqiqə
İdman

AFFA hakimləri söyən klub prezidentini cəzalandırdı

AFFA İntizam Komitəsi “Səbail” klubunun prezidenti Mirzə Bayrampur və futbolçu Rubin Seyidovla bağlı qərar qəbul edib.

Lent.az-ın xəbərinə görə, qərara əsasən, hər iki şəxs dörd oyunluq cəzalandırılıb.

Buna I Liqanın VI turunda keçirilən “Şahdağ Qusar” – “Səbail” qarşılaşmasından sonra onların dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və hədələməsi səbəb olub.

Hadisələrlə əlaqədar “Səbail” klubu da maliyyə sanksiyalarına məruz qalıb. Mirzə Bayrampurun davranışına görə klub 3000 manat cərimələnib.

Bundan başqa, oyunun 85-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atmasına görə “Səbail”ə 600 manat, qarşılaşmadan sonra hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsinə görə isə 1500 manat cərimə tətbiq edilib.

Rubin Seyidovun hakimləri təhqir etməsi və hədələməsi ilə bağlı kluba əlavə 3000 manat cərimə kəsilib.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az