Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan Ceyhun Bayramovu Prezident Kompleksində qəbul edib.
