Kanadalı müğənni Selin Dion altıillik fasilədən sonra Parisdə verdiyi konsertlərlə böyük kommersiya uğuruna imza atıb. Sənətçinin səhnəyə qayıdış proqramları 125 milyon dollardan çox gəlir gətirib.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” “Billboard” nəşrinin məlumatlarına istinadən xəbər yayıb.
58 yaşlı müğənninin sentyabr və oktyabr aylarında keçirilən 16 konsertinə ümumilikdə 539 min bilet satılıb. Konsertlərdən əldə edilən ümumi gəlir 125,5 milyon dollar olub. Hər çıxış orta hesabla 7,8 milyon dollarlıq gəlir gətirib.
Nadir nevroloji xəstəliklə mübarizə aparan Dion 2023-cü il turnesini ləğv etmək məcburiyyətində qalmışdı. Sənətçi müalicə və reabilitasiya prosesindən sonra yenidən böyük səhnəyə qayıdıb.
Müğənninin gələn il mayın 8-dən 29-dək Parisdə daha 10 konsert verməsi planlaşdırılır.
