Çərşənbə, 4 Noyabr 2026
Son dəqiqə
Siyasət

Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi

İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb.

Lent.az xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında guya hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Ötən müddətdə Avropa Məhkəməsi iş üzrə ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.

Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən Azərbaycan Respublikasına qarşı həmin iddia ilə tələb edilən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.(qafqazinfo)

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az