Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Rəsmi

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib.

Lent.az xəbər verir ki, bu barədə Mehriban Əliyevanın “X” hesabında paylaşım edilib.

“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur”.

Hörmətli Fərhad müəllim!

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”, – paylaşımda qeyd olunub.

 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az