Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Siyasət

“İranlı nazir “Dəli Kür”dəki molla kimi danışır” – Fazil Mustafa

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı videomüraciəti ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Lent.az– açıqlamasında bildirib ki, nazirin bu hərəkəti “Dəli Kür”dəki mollanın fikrinə oxşayır:

“Bu, çox yersiz bir müraciətdir. “Dəli Kür” filminə baxanlar bilərlər. Oradakı molla modern məktəbdə oxuyan insanlara müraciət edir ki, gəlin mənim mollaxanamda, mədrəsəmdə təhsil alın.

İndi modern bir ölkədən belə bir çağırış olsa, bunu başa düşmək olar ki, hə, istəyirlər ki, insan yetişsin. Amma İrandakı sistem hansı normal düşüncəli insan yetişdirə bilər?

Onsuz da burada o insanların beynini yuyub sıradan çıxardıblar. İndi bir az daha beyinlərini yuma təklifi səslənir. Bu həm də Azərbaycanın daxili işlərinə qarışmaqdır.

Ona görə də Azərbaycan ancaq Azərbaycana bağlı, bu ölkəni sevən, bu vətənə bağlı insanların bir vətən dövlətidir və dövlət də öz vətəndaşlarına, xüsusilə də sağlam düşüncəli vətəndaşlarına həmişə sahib çıxacaq. Bizim gələcəyimiz sağlam düşünən vətəndaş üzərində qurulub. Ona görə də cəfəng bir addımdır. Sadəcə, xəstə ideoloji düşüncə sahibi olan insanların bu cür yanaşmasıdır.

Azərbaycan insanı heç vaxt bu cür müəyyən dərəcədə populist çağırışlara qol qoymaz və onun aldatdığı insanların da orada aqibəti bəllidir”.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az