Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Sosial

Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN edilə bilər

Rusiyada sürücülük təcrübəsi üç ildən az olan şəxslərin mühərrik gücü 150 at qüvvəsindən çox olan avtomobilləri idarə etməsinin qadağan edilməsi təklif olunub.

Lent.az xarici KİV-Ə xəbər verir ki, təşəbbüslə Milli Avtomobil İttifaqının prezidenti Anton Şaparin çıxış edib. O, bununla bağlı Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıb.

Təklifə əsasən, qadağanı pozan sürücülərin 5 min rubldan 15 min rubla qədər cərimələnməsi nəzərdə tutulur.

Məlumata görə, Rusiyada yol-nəqliyyat hadisələrinin təxminən üçdə biri yeni sürücülərin təqsiri üzündən baş verir. Bildirilir ki, təcrübəsiz sürücülər yüksək sürətin yaratdığı təhlükəni hər zaman düzgün qiymətləndirə bilmirlər.

Bundan başqa, yol hərəkəti qaydalarını pozaraq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülərə qarşı nəzarətin gücləndirilməsi də təklif edilir.

Hələlik təşəbbüs qanun şəklində qəbul edilməyib.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az