Çərşənbə, 28 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

ABŞ və İsrail razılaşdı: İran bu tarixdə vurulacaq

Diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə, İrana genişmiqyaslı zərbələr noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərdən dərhal sonra bərpa oluna bilər.

Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

“Axios”un məlumatına görə, mümkün əməliyyatın İranın rəhbərliyinə, enerji obyektlərinə, nüvə infrastrukturuna və digər strateji hədəflərə qarşı təxminən bir həftəlik zərbələri əhatə edə biləcəyi bildirilir.

Bununla yanaşı, Qətərin rəhbərlik etdiyi regional vasitəçilər, eləcə də Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və Misirin İrana qarşı yeni zərbələrin qarşısını almağa çalışdığı bildirilir.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az