Cümə axşamı, 29 Oktyabr 2026
Son dəqiqə
İdman

Eyni gündə, 30 dəqiqəlik fasilə ilə iki fərqli oyuna çıxacaqlar

Şotlandiyanın regional liqa komandası olan “Conston Berq” futbol dünyasında nadir bir vəziyyətlə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Şotlandiya komandası noyabrın 21-də iki fərqli kubok oyununa başlayacaq və aralarında cəmi 30 dəqiqəlik fasilə olacaq. Oyun cədvəlində dəyişiklik olmadığı üçün klub hər iki oyun üçün fərqli heyətlərlə çıxmaq qərarına gəlib.

Şotlandiya təmsilçisi “Conston Berq” noyabrın 21-də iki ayrı yarışda mübarizə aparacaq. Klubun açıqlamasına görə, “Conston Berq” Şotlandiya İcmaları Kubokunda Bakı vaxtı ilə saat 16:30-da (yerli vaxtla saat 14:30) “Tayport” ilə qarşılaşacaq.

İlk oyun başladıqdan cəmi 30 dəqiqə sonra, Bakı vaxtı ilə saat 17:00-da (yerli vaxtla 15:00) Loulend Liqa Kubokunda “Dunipeys” ilə qarşılaşacaq

“Conston Berq” rəhbərliyi eyni gündə iki oyunun planlaşdırılması ilə bağlı rəsmilərlə müzakirələr aparıb. Klub oyunlardan birinin fərqli bir tarixdə oynanılmasını təklif edib. Həmçinin, oyun cədvəlindəki dəyişikliyin mənfi təsirini azaltmaq üçün bilet gəlirlərindən öz paylarına düşən paydan imtina etməyi təklif ediblər. “Conston Berq” tərəfindən aşağıdakı açıqlama verilib:

“Oyun cədvəlindəki dəyişikliyin yarada biləcəyi hər hansı mənfi təsirləri aradan qaldırmaq üçün bilet gəlirlərindən öz payımıza düşən paydan imtina etməyi təklif etdik”.

Klubun səylərinə baxmayaraq, oyun cədvəlində heç bir dəyişiklik edilməyib. Nəticədə, “Conston Berq” eyni gündə keçiriləcək iki kubok oyunu üçün fərqli oyunçulardan ibarət iki ayrı heyətdə meydana çıxacaqlarını açıqlayıb. Beləliklə, Şotlandiya komandası eyni gündə, cəmi yarım saat ara ilə iki rəsmi oyun keçirəcək.


 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az