Cümə, 30 Oktyabr 2026
Son dəqiqə
İdman

İlham Əliyev mükafatlandırma mərasimində -FOTOLENT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.

Lent.az xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

***

Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.

Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb.

Sonra Prezident İlham Əliyevin və FIFA prezidenti Canni İnfantinonun iştirakı ilə öncə A Divizionunun finalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzan və turnirdə ikinci yeri tutan Çexiya seçməsinə mükafatlar verilib.

Sonda ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalının qalibi olan İspaniya yığmasına medallar və kubok təqdim edilib.

Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az