Cümə, 30 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

NASA Yupiterin görünməz qalxanı ilə bağlı yeni sirri açdı

 

NASA-nın “Juno” kosmik aparatı Yupiterin maqnit mühiti ilə bağlı yeni məlumatlar əldə edib. Müşahidələr göstərir ki, nəhəng planet Günəş küləyi ilə qarşılıqlı təsir zamanı Yerinkindən daha mürəkkəb müdafiə strukturları formalaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” NASA-nın tədqiqatına istinadən məlumat yayıb.

Alimlər Yupiterin ətrafında güclü plazma dalğaları və bir neçə fərqli zərbə bölgəsinin mövcud olduğunu müəyyənləşdiriblər. Bu strukturlar Günəşdən gələn yüklü hissəciklərin planetin maqnit mühiti ilə toqquşması nəticəsində yaranır.

Yer kürəsinin də öz maqnit qalxanı var. Lakin Yupiterin güclü maqnit sahəsi və geniş plazma mühiti onun Günəş küləyi ilə qarşılıqlı təsirini daha mürəkkəb edir.

Tədqiqatçılar yeni məlumatların yalnız Yupiteri deyil, həm də kosmosda baş verən iri zərbə dalğalarını, o cümlədən ulduz partlayışları ilə əlaqəli prosesləri daha yaxşı anlamağa kömək edə biləcəyini düşünürlər.

 

 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az