Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula gedib.
Lent.az-ın xəbərinə görə, bu barədə Ukrayna liderinin rəsmi teleqram kanalında məlumat verilib.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna lideri Volodimir Zelenskini Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.
Liderlərin birgə mətbuat konfransı keçirmələri gözlənilir.
Görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Ukraynadakı münaqişə məsələləri müzakirə olunacaq.
