Bazar, 1 Noyabr 2026
Son dəqiqə
İdman

Sabah Azərbaycanda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.

Qeyd edilib ki, Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az