Türkiyənin Bolu şəhərində “Samoyed” və “Golden Retriever” cinsli itlərin bir-birinə hücum etməsindən sonra sahibləri arasında mübahisə yaranıb.
Lent.az xəbər verir ki, baş verən hadisə qısa müddətdə davaya çevrilib.
İki nəfər bir-birinə təpik və yumruqla hücum edib, hətta əlbəyaxa güləşərək yerə yıxılıblar.
Ətrafdakı sakinlər tərəfləri ayırmağa çalışıblar.

