Cümə axşamı, 5 Noyabr 2026
Son dəqiqə
Sosial

Polis Qubadlıda məktəblilərlə görüşdü

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə polis tərəfindən təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirləri davam etdirilir. 

Lent.az xəbər verir ki, növbəti belə görüş Qubadlı şəhərində yerləşən Q.İlyasov adlı 1 nömrəli tam orta məktəbdə keçirilib. 

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda keçirilən tədbirdə Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin fəsadları, narkomaniyanın insan sağlamlığına və ümumilikdə cəmiyyətə vurduğu zərərlər barədə şagirdlərə ətraflı məlumat verib, ölkəmizdə bu bəlaya qarşı aparılan qətiyyətli mübarizə tədbirləri barədə danışıblar. 

Görüşdə məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu üzrə videoçarx nümayiş etdirilib.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az