Şənbə, 31 Oktyabr 2026
Son dəqiqə
İdman

“Barselona” heç vaxt bu qədər qazanmamışdı: sonuncu “El Klassiko” rekord qırdı

İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” – “Real Madrid” oyunu (1:2) Kataloniya klubunun ev stadionu olan “Spotify Kamp Nou”nun tarixində ən çox gəlir gətirən qarşılaşma olub.

Lent.az xəbər verir ki, oktyabrın 25-də baş tutan qarşılaşmadan “Barselona” yalnız bilet satışları hesabına 19,1 milyon avro gəlir əldə edib.

Məlumata görə, həmin həftəsonu klubun rəsmi mağazasında satışlardan əldə edilən gəlir də 1,5 milyon avroya çatıb.

“El Klasiko”dan öncə “Barselona” ilk mərhələdə biletləri yalnız klub üzvlərinin satışına çıxarıb. “Real Madrid”lə qarşılaşmaya biletlərin minimum qiyməti 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk satışa çıxarılan biletlər qısa müddətdə tamamilə satılıb. Bundan sonra biletlər geniş ictimaiyyət üçün satışa təqdim olunub.

Bu mərhələdə ən ucuz biletlərin qiyməti 1000 avrodan çox olsa da, onların hamısı satılıb.

Beləliklə, İspaniya futbolunun ən böyük qarşıdurmalarından biri olan “El Klasiko” həm də “Barselona” üçün rekord kommersiya gəliri ilə yadda qalıb.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az