Bazar ertəsi, 2 Noyabr 2026
Son dəqiqə
Beynəlxalq

İran ABŞ-a qəfil hücuma hazırlaşır? – İsrail hərəkətə keçdi

Yaxın Şərqdə yeni müharibə təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq edilib. İsrailin təhlükəsizlik və müdafiə qurumları İranın bölgədəki Amerika obyektlərinə, hərbi maraqlarına və İsrailə qəfil zərbə endirə biləcəyi ehtimalına görə yüksək hazırlıq vəziyyətinə gətirilib.

Lent.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalına istinadən məlumat yayılıb.

Məlumata əsasən, ABŞ və İsrail kəşfiyyat xidmətləri Tehranın yaxın günlərdə gözlənilməz hərbi əməliyyata başlaya biləcəyindən narahatdır. Ehtimal olunur ki, belə bir hücum ABŞ-da keçiriləcək aralıq seçkilərə və ölkədəki siyasi vəziyyətə təsir göstərmək məqsədi daşıya bilər.

Ən təhlükəli ssenarilərdən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika qüvvələrinə qarşı hücum hazırlığına başlamasıdır. Belə bir planın aşkarlandığı təqdirdə Vaşinqtonun qabaqlayıcı hərbi zərbə endirmək məsələsini nəzərdən keçirə biləcəyi bildirilir.

İsrail mediasının digər məlumatlarına görə, ölkənin hərbi rəhbərliyi İranla mümkün yeni qarşıdurmaya hazırlıqlarını artıq tamamlayıb. Hərbi Hava Qüvvələri potensial hücum marşrutlarını sınaqdan keçirib, ABŞ isə regiondakı hərbi imkanlarını gücləndirmək istiqamətində addımlar atıb.

Bununla yanaşı, Vaşinqton və Tehran arasında diplomatik təmaslar davam edir. ABŞ Prezidenti Donald Trampın qarşısında iki əsas seçim olduğu bildirilir: İranla razılaşma əldə etmək və ya hərbi təzyiqi artırmaq.

Hələlik İranın yaxın saatlarda hücum həyata keçirəcəyinə dair rəsmi təsdiq yoxdur. Lakin qarşılıqlı təhdidlər və hərbi hazırlıqlar regionda yeni genişmiqyaslı qarşıdurma ehtimalını gündəmdə saxlayır.

 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az