Bazar, 1 Noyabr 2026
Son dəqiqə
Beynəlxalq

Zelenskidən Putinə təklif: Türkiyədə görüşək

 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.

Lent.az xəbər verir ki, o, bu barədə CNN Türk telekanalına müsahibəsi zamanı danışıb.

Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın putinlə danışıqların təşkilinə kömək edəcəyinə ümid etdiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

“Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm”, – Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az