Çərşənbə axşamı, 3 Noyabr 2026
Son dəqiqə
İdman

Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisinə çağırıldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əfsanəvi hücumçusu Kriştianu Ronaldunun oğlu Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 yığmasına dəvət alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, beşqat “Qızıl top” mükafatçısının 16 yaşlı oğlu 2027-ci il Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 23 futbolçudan ibarət heyətə daxil edilib.

Portuqaliyanın U-17 millisi seçmə mərhələdə üç oyun keçirəcək. Komanda noyabrın 11-də Andorra, noyabrın 14-də Bolqarıstan, noyabrın 17-də isə Serbiyanın U-17 yığması ilə qarşılaşacaq.

Hazırda Kriştianu Ronaldu Junior “Əl-Nəsr” klubunun U-17 komandasında çıxış edir. O, daha əvvəl “Yuventus” və “Mançester Yunayted” klublarının futbol akademiyalarında yetişib.

Gənc futbolçu bundan əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinib. O, bu komandaların heyətində ümumilikdə 13 oyuna çıxaraq 5 qol vurub.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun Portuqaliya millisində yaşanan qalmaqaldan sonra rəsmi şəkildə diskvalifikasiya edildiyi bildirilmişdi.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az