Çərşənbə axşamı, 3 Noyabr 2026
Son dəqiqə
İdman

“Qalatasaray”ın yeni futbolçusunun həyat yoldaşından fədakarlıq

Türkiyənin “Qalatasaray” klubunun heyətinə qatdığı gənc futbolçu Aleksey Batrakovun həyat yoldaşı, Rusiyanın qadınlardan ibarət milli komandasının keçmiş futbolçusu olan və idman karyerasını başa vurduqdan sonra televiziya sahəsində fəaliyyət göstərən İrina Podşibyakina İstanbulda yaşamaq qərarına gəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Rusiyada karyerasını davam etdirən Podşibyakina ərinin yeni həyatına dəstək olmaq üçün işindən ayrılıb.

Həyat yoldaşının Türkiyədəki futbol karyerasına və yeni həyatına tam dəstək olmaq istəyən İrinanın bu qərarı diqqət çəkib.

Bildirilir ki, onun əsas məqsədi ərinin yeni komandaya, İstanbulun həyat tərzinə və Türkiyəyə uyğunlaşmasına kömək etməkdir.

İstanbulda yeni həyata başlamağa hazırlaşan Podşibyakina artıq əri Aleksey Batrakovla birlikdə yaşayacaqları ev üçün axtarışlara başlayıb.

 

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az