Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
İdman

Mbappe bu zarafatına görə sponsorlarını itirdi

Çinin içki istehsalçısı “Dongpeng” və süd məhsulları istehsalçısı “Mengniu Dairy” Fransanın futbol ulduzu, Madrid “Real”ının hücumçusu Kilian Mbappe ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.

Lent.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Məlumata görə, qərara futbolçunun uğursuz zarafatı səbəb olub. Telekanalın ehtimalına əsasən, Mbappenin zarafatı Çinin keçmiş lideri Mao Tszedunla bağlı olub. Hər iki şirkət futbolçunun açıqlamasını Çin xalqının milli hisslərinə qarşı təhqir kimi qiymətləndirib.

“Dongpeng” şirkəti yaydığı bəyanatda milli hissləri təhqir edən istənilən davranışa qarşı sıfır tolerantlıq siyasəti yürütdüyünü bildirib. Şirkət Mbappe ilə bütün əməkdaşlığın dərhal dayandırıldığını açıqlayıb.

“Mengniu Dairy” də futbolçunun sözlərini pisləyərək Çin xalqının hisslərini təhqir edən hər hansı ifadə və hərəkəti qəbuledilməz hesab etdiyini vurğulayıb. Şirkət Mbappe ilə bütün kommersiya əlaqələrinə son qoyduğunu bəyan edib.

Bununla belə, futbolçunun konkret hansı ifadəni işlətdiyi və zarafatın məzmunu barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2024-cü ildə Madrid “Real”ına transfer olunan Kilian Mbappe Asiya bazarında dəfələrlə böyük reklam kampaniyalarının siması olub. “Forbes”in məlumatına görə, futbolçunun kommersiya müqavilələrindən illik gəliri 30 milyon avronu ötür.

Çin bazarı Avropanın tanınmış futbolçuları və klubları üçün əsas kommersiya istiqamətlərindən biri hesab olunur. Ölkənin iri şirkətləri dünya idman ulduzları ilə mütəmadi olaraq sponsorluq müqavilələri imzalayırlar.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az