“Napoli”nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir.
Oyunçunun özü zərər çəkməyib və cinayətdən yalnız həmin səhər əşyalarının itdiyini aşkar etdikdə xəbər tutub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra futbolçunun avtomobilini Neapolun kənarında tapıblar. Qalan oğurlanmış əmlak hələ də tapılmayıb. Polis araşdırmalarını davam etdirir və soyğunçuluğun səbəblərini müəyyən edir.
