Cümə axşamı, 29 Oktyabr 2026
Son dəqiqə
Sosial

“Bu sosial bəlaya qarşı səylərimizi birləşdirməliyik” – Kamran Əliyev

“Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir”.

Lent.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.

O qeyd edib ki, antikorrupsiya siyasətinin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir:

“Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə düşən vəzifələri bir daha nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq”.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az