Çərşənbə, 28 Oktyabr 2026
Son dəqiqə
Beynəlxalq

Zaman daralır: Vens İran rəsmisinə məktub göndərdi

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens prezident Donald Trampın tapşırığı ilə  İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) uzun müddət komandanı olmuş Möhsün Rzaiyə məktub göndərib.

Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məktubun məqsədi ABŞ ilə İran arasında danışıqları bərpa etmək və Konqresə aralıq seçkilərdən sonra ABŞ-ın İrana mümkün yeni zərbələrinin qarşısını almaqdır.

Qeyd edək ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştlər əldə etməyə, Tehran isə iqtisadi sanksiyaların yumşaldılmasına çalışır.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az