Çərşənbə axşamı, 3 Noyabr 2026
Son dəqiqə
İdman

Qapıçı ilə toqquşan futbolçu öldü – HADİSƏ ANI

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Məlumata görə, “Andorra” ilə keçirilən oyun zamanı rəqib komandanın qapıçısı Xesus Ovononla sərt toqquşmadan sonra yerə yıxılıb. Bundan sonra səhhəttində problem yaranan Alameda xəstəxanaya çatdırılıb. Həkimlər reanimasiyaya yerləşdirilən hücumçunun həyatını xilas edə bilməyib. Futbolçu bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, qarşılaşma hadisə səbəbindən 2:2 bərabərliklə yarıda saxlanılıb.

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az