“Qarabağ” klubu cərimələnib.
Lent.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.
“Qəbələ”– “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu əlavə olaraq, 3000 manat cərimə olunub.
Həmçinin “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” klubu da 1000 manat cərimə edilib.

