Çərşənbə axşamı, 3 Noyabr 2026
Son dəqiqə
Siyasət

“Azərbaycanla qardaşlıq pozularsa, Türk dünyası dağılar” – Türkiyəli admiraldan ŞOK AÇIQLAMA

“Azərbaycanla qardaşlığımızın pozulması etiraf edək ki, Türk Dövlətləri Təşkilatının dağılması, Şimali Kipr Türk Respublikasına verilən dəstəyin tamamilə aradan qalxması deməkdir”.

Lent.az xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral, profesor Cihat Yaycı deyib.

Admiralın fikrincə, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin pisləşməsi Türkiyənin Türküstandakı təsirinin azalmasına, Orta Asiyada Türkiyənin iştirak etmədiyi yeni birlik modelinin formalaşmasına gətirib çıxara bilər:

“Xatırlayırsınızsa, Türk Dövlətləri Təşkilatının son zirvə toplantısına Macarıstan ümumiyyətlə qatılmamışdı. Görürsünüzmü, hadisələr Türk Dövlətləri Təşkilatının ləğvinə doğru gedir. Bunun da əsas səbəbi Azərbaycanla Türkiyənin münasibətlərinin pozulmasıdır. Belə olan halda Türk Dövlətləri Təşkilatı aradan qalxacaq, Türkiyənin Türküstandakı təsiri sıfırlanacaq, Orta Asiya birliyi yaradılacaq, Türkiyə kənarda saxlanılacaq, Azərbaycanla münasibətlər pisləşəcək, ölkəmiz sərvət dəhlizindən kənarlaşdırılacaq. Bütün bunlardan sonra Şimali Kipr Türk Respublikasını açıq şəkildə dəstəkləyən, Bakı qalasından Şimali Kipr Türk bayrağını asan, bir həftə ərzində Şimali Kipr Türk Respublikası Mədəniyyət Həftəsi təşkil edən Azərbaycanı unudacağıq?”

Cihat Yaycı Fələstin rəhbərliyinin mövqeyini də tənqid edib. O, 29 oktyabr 2026-cı ildə – Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Fələstin dövlətinin başçısı Mahmud Abbasın Cənubi Kipr Rum Administrasiyasına səfər etməsinə diqqət çəkib:

“29 oktyabrda Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Fələstin dövlətinin başçısı Mahmud Abbas Cənubi Kipr Rum Administrasiyasına səfər etdi. Belə səfərlərdə tarixlər heç vaxt təsadüfən seçilmir. Səfərin və dəvətin məhz 29 oktyabrda baş tutması Türkiyəyə verilən mesajdır. Fələstin dövlət başçısı Mahmud Abbasın görüşdüyü Cənubi Kipr Rum Administrasiyasının ən böyük dəstəkçisi kimdir? İsrail! Məgər onların arasında ittifaq yoxdur? Müdafiə ittifaqı mövcuddur. Cənubi Kipr Rum Administrasiyası, Yunanıstan və İsrail birgə müdafiə ittifaqı yaratmayıblarmı?

Bəs, qardaşım, Fələstinə ən böyük dəstəyi verən Türkiyə deyilmi? Mahmud Abbasa etiraz etmək üçün niyə Fələstin səfirliyinin qarşısına gedib qara çələng qoymursunuz, bütün diqqəti Azərbaycana yönəldirsiniz? İsrailin ən böyük tərəfdarlarından olan Cənubi Kipr Rum Administrasiyasına səfər edən, Şimali Kipr Türk Cümhuriyyətini tanımaq istəməyən, Türkiyəni “işğalçı” kimi təqdim edənlərə – istər birbaşa, istərsə də dolayısı ilə, istər səfirləri, istərsə də özləri vasitəsilə – heç bir reaksiya vermirsiniz. Amma gəlib Azərbaycana qarşı sərt mövqe sərgiləyirsiniz” .

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az